"Mançester Yunayted"in keçmiş futbolçusu və məşqçisi Maykl Karrik çox güman ki, "Midlsbro"ya rəhbərlik edəcək. Matc.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq müqavilə barədə razılığa gəliblər. Anlaşma yaxın vaxtlarda rəsmən elan olunacaq.
 
41 yaşlı Karrik 2006-2018-ci illərdə "Mançester Yunayted"də çıxış edib. Daha sonra 2021-ci ilə qədər Joze Mourinyo və Ole Qunnar Sulşerin rəhbərliyi altında "qırmızı şeytanlar"ın köməkçi məşqçisi olub. Norveçli mütəxəssis qovulandan sonra Karrik "Mançester Yunayted"in müvəqqəti baş məşqçisi kimi çalışıb. Onun rəhbərliyi altında komanda üç görüşdə iki qələbə qazanıb və bir dəfə heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest