Futbol üzrə İran çempionatında 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə "Sepahan"la qarşılaşıb. "Traktorçular" bu oyundan məğlubiyyətlə ayrılıblar - 2:4.
 
"Traktor" 10 turdan sonra 14 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest