"Neftçi"nin futbolçusu Azər Əliyevə Azərbaycan vətəndaşlığını təsdiq edən pasport verilib. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Bunadək komandanın heyətində rusiyalı legioner kimi meydana çıxan yarımmüdafiəçi artıq yerli futbolçu statusu alıb.
 
Xatırladaq ki, bu ilin yanvar ayında "Neftçi"yə transfer olunmuş Azər Əliyev ağ-qara formada 22 oyun keçirib, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest