Futbol üzrə Xorvatiya çempionatında 14-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Split "Hayduk"u ilə qarşılaşıb və meydanı heç-heçə ilə tərk edib - 1:1.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. Koronavirusa yoluxmuş azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
 
"Dinamo" 14 turdan sonra 35 xalla zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest