AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
AFFA Gənclər Liqasının "Sabah" FK – "Qarabağ" FK oyununda "Qarabağ"ın futbolçusu Eşqin Əhmədov qeyri idman hərəkəti etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
AFFA Gənclər Liqasının "Səbail" FK – "Sumqayı"t FK oyununda "Sumqayıt"ın futbolçusu Kamil Nəzərli rəqibi aşkar qoldan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-11 Liqasının III turunun "Dortmund Bakı" FK – "Ramana" İM oyununda "Ramana"nın tam heyəti və rəsmi şəxslərdən heç biri oyuna gəlmədiyi üçün oyun baş tutmadığına görə "Ramana"ya 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-15 Liqasının VIII turunun "Neftçi" İK İB – "Cənub Elit" oyununda "Neftçi"nin futbolçusu Məhəmməd Mazanov ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Cənub Elit"in baş məşqçisi Rövşən Süleymanov hakimə etiraz etdiyinə görə ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının II turunun "Neftçi" PFK – "Qarabağ" FK oyununda "Neftçi"nin futbolçusu Rəvan Səfərli hakimin qərarına etiraz etdiyinə ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının XI turunun "Şamaxı" FK – "Zirə" PFK oyununda "Zirə"nin futbolçusu Nurhan Abdıyev qeyri idman hərəkəti etdiyinə görə ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasının IV turunun "Vətən RİOEUGFM" – "Xocalı" FK oyununda "Xocalı"nın baş məşqçinın köməkçisi Hacı Qasımov baş hakimə və hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
U-17 Liqasının X turunun "Xan-Lənkəran" – "Kəpəz" oyununda "Kəpəz"in futbolçusu Hüseyn Bayramov rəqibə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Xan-Lənkəran"ın futbolçusu Əli İbrahimov rəqibə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının VII turunun "Neftçi" PFK – "Azad" FK oyununda "Azad"ın futbolçusu Fərəc Fərəcov düşüncəsiz hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Qala" (Bərdə) – "Uğur FK Mingəçevir" oyununda "Qala"nın futbolçusu Rəvan Quliyev düşüncəsiz hərəkəti etdiyinə görə ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Sabah" FK – EFA oyununda "Sabah"ın futbolçusu Murad Həmidov ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-11 Liqasının "RAMAL TERTER U-11" – "UGUR MİNGECEVİR U-11" oyununda "RAMAL TERTER U-11" klubu oyuna vaxtında gəlmədiyi üçün oyun baş tutmadığına görə "RAMAL TERTER U-11" klubuna 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-16 Liqasının VII turunun "Neftçi" İK İB – "Zirə" oyununda "Zirə"nin futbolçusu Sərkər Zamanov qeyri idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasının IV turunun "Sahil" FA – "Ramana" İM oyununda "Ramana"nın baş məşqçisi İsmayıl Hüseynzadə hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. O, qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasından sonra texniki zonası tərk etməməsi üçün əlavə 1 oyun da cəzalanıb.
 
U-14 Liqasının IV turunun "Zirə" FK – "Leon Baku" FK oyununda "Zirə"nin futbolçusu Hüseyn Bayramov qeyri idman hərəkəti etdiyinə görə ikinci dəfə xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest