Futbol üzrə Yaponiya millisinin sabiq hücumçusu Masato Kudo vəfat edib. Matc.az xəbər verir ki, futbolçu beyin əməliyyatından sonra 32 yaşında dünyasını dəyişib.
 
Forvard oktyabrın 3-də xəstəxanaya yerləşdirilmişdi.
 
Masato Kudo yığmanın heyətində 4 oyun keçirib və 2 qol vurub. Hücumçu ölkəsində "Kasiva Reysol"dakı çıxışına görə tanınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest