"Şamaxı" Futbol Klubunda ayrılıq baş verib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Pərviz Azadovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azadova göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
 
Azadovla yolların ayrılmasının səbəbi açıqlanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest