19 yaşadək futbolçulardan ibarət yığmamızın Avropa çempionatının elit-raund mərhələsindəki oyunlarının başlama saatı açıqlanıb. Matc.az xəbər verir ki, I qrupda mübarizə aparacaq komandamızın 3 görüşləri müxtəlif saatlarda başlayacaq.

Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk iki matçını "Krasnodar" klubunun akademiyasının meydanında, son oyununu isə "Kuban" stadionunda keçirəcək.

Millimizin qrupda ilk oyunu martın 20-də Rusiyaya qarşı olacaq. Komandamız ayın 23-də İrlandiya, 26-da isə Rumıniya ilə üz-üzə gələcək. Rusiya və Rumıniya ilə oyun Bakı vaxtı ilə 18:00-da, İrlandiya ilə qarşılaşma isə 13:00-da start götürəcək.

Qeyd edək ki, elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest