Fransa çempionatında 12-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

Səfərdə "Monpelye" ilə qarşılaşan Lion "Olimpik"i turu çətin qələbə ilə başa vurub. Marsel "Olimpik"i isə "Lans"la ev oyunundan məğlubiyyətlə ayrılıb.

Fransa, Liqa 1
12-ci tur
21 oktyabr

Ayaçço – PSJ 0:3
Qol: Mbappe, 24; 83. Messi, 78.

22 oktyabr

Monpelye – Olimpik (Lion) 1:2
Qol: Vahi, 70 – Auar, 33. Lakazette, 90.

Olimpik (Marsel) – Lans 0:1
Qol: D.Kosta, 78.

23 oktyabr

15:00. Anje – Renn
17:00. Klermon – Brest
17:00. Reyms – Oser
17:00. Tuluza – Strasburq
17:00. Trua – Loryan
17:00. Nitsa – Nant
22:45. Lill – Monako

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest