Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv "Stal"ı qəbul edib. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.
 
Mustafayev də bu görüşün iştirakçısı olub. O, 90-cı dəqiqədə meydana buraxılıb.
 
"Aleksandriya" 9 turdan sonra 16 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest