Cari mövsüm bu günədək Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 3-ə enib. Matc.az xəbər verir ki, siyahıda "Qarabağ" da yer alıb.
 
Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasındakı ilk 10 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. ölkə çempionunun 3-cü turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.
 
Lüksemburqda "Düdelanj" (10), Yunanıstanda isə "Panatinaikos" (9) da çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.
 
Ukrayna çempionatının 8-ci turunda "İnqulets"lə 2:2 hesablı heç-heçə edən "Dnepr-1" siyahıdan kənarda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest