Futbol üzrə Rusiya Birinci Liqasında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula "Arsenal"ı da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Volqar-Astraxan"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.
 
Kamran bu matçın iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.
 
"Arsenal" 15 turdan sonra 25 xalla 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest