Usman Dembele İspaniyanın "Barselona" klubunun tarixinə düşüb. Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu buna La Liqanın 11-ci turunda "Atletik"i 4:0 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
 
12-ci dəqiqədə hesabı açan fransalı futbolçu Kataloniya təmsilçisinin çempionatdakı 4000-ci qolunu vurub.
 
Xatırladaq ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. O, bu komandanın heyətində 165 oyuna çıxıb, 36 qol və 41 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest