"Napoli" İtaliya A Seriyasında öz rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, Luçano Spalettinin baş məşqçi olduğu komanda buna A Seriyasının 11-ci turu çərçivəsində "Roma"nı 1:0 hesabı ilə məğlub etdiyi oyunda nail olub.
 
Neapol təmsilçisi bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini qazanıb və ardıcıl qələbələrin sayına görə 1986-cı ildə müəyyən edilmiş klub rekordunu təkrarlayıb. Həmin dönəmdə argentinalı əfsanəvi futbolçu Dieqo Maradona komandada çıxış edib.
 
Xatırladaq ki, "Napoli" hazırda A Seriyasında 29 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest