17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı keçəcək. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandamız martın 2-də bir araya gələcək.

Hazırlıq ayın 6-dək Bakıda baş tutacaq. Təlim-məşq toplanışına aşağı yaş qrupu üzrə milli komandalarının koordinatoru Miloş Velebit rəhbərlik edəcək. Komandamıza 27 oyunçu dəvət alıb ki, onlardan yalnız 1-i legioner həyatı yaşayır.

U-17-nin heyəti: Elgün Bayramov, Hüseyin Babayev, Altay Əbdülkərimov, Mirəli Əhmədov, Nihat Cəfərov, Tural Axverdiyev, Rəvan Narıyev (hamısı "Neftçi"), Kamran Şəbiyev, Fərrux Fərzəliyev, Vüsal Qəmbərov, Bəhruz Tanrıverdiyev (hamısı "Sabah"), Mirismail Rəhimov, Musa Musazadə, Fidayə Əzizov (hamısı "Qarabağ"), ülvi Mədətov, Xəyal Səmədov, Rauf Rüstəmli, Gülağa Əsədov, Mehrac Baxşəliyev (hamısı "Qəbələ"), Cəlal Hüseynov, Rəhim Cəfərli, Əli Əli, Mirzəbəy Şahbazov, Vüsal Əliyev (hamısı "Zirə"), Məhəmməd Tağıyev ("Keşlə"), Rauf Ağasənov ("Səbail"), Ayxan Cabbarov ("Savedalense" İF, İsveç).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest