17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib. Matc.az xəbər verir ki, Bosniya və Herseqovinanın Kakanj şəhərində keçirilmiş Azərbaycan – Ukrayna oyunu 5:2 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
 
Millimizin qollarını 77-ci dəqiqədə Hüseyn Hüseynov və 83-cü dəqiqədə Murad Məmmədov vurub.
 
Komandamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 27-də Lixtenşteyn yığmasına qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest