"Qəbələ"nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir. Matc.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir.
 
Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirir.
 
Bərpa prosesini başa vuran ürfan Abbasov artıq komandanın topsuz çalışmalarında iştirak etsə də, hələlik toplu məşqlərə qatılmır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest