"Fənərbaxça" klubunun güclü atletləri arasında göstərilən Akın özyürek yerli mətbuata müsahibə verib. Matc.az saytı xəbər verir ki, 20 yaşlı idmançı Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyevin karyerasındakı rolundan da bəhs edib.

O, "Fənərbaxça" ilə çiyin-çiyinə mübarizə aparan Quliyev haqda müsbət fikirlər səsləndirib: "Ramil mükəmməl insandı. Məşqlərdə intizamlılığı, şəxsiyyəti və bu işə sərf etdiyi əmək təqdirəlayiqdi. "Fənərbaxça"ya böyük köməyi dəyir. Dünya çempionu olmuş bir atletdi. Dünya çempionatında əla nəticələr göstərdi. Ona Olimpiadada uğurlar arzulayıram. İnşallah, orda da finala birinci çatar. Şəxən mən buna çox inanıram. Ramil Quliyev örnək aldığım idmançıdı".

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest