"Real" mövsümün sonunda yollarını ayırmağa hazırlaşdığı Marseloya əvəzləyici tapıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Ayaks"ın futbolçusu Nikolas Talyafiko "kral klubu"nun maraq dairəsinə düşüb.

Marselonun yayda "Yuventus"a transferi gözlənilir. Artıq əsas heyətdəki yerini itirən braziliyalı sabiq komanda yoldaşı Kriştianu Ronaldonun çağırışına müsbət yanaşıb. İspanlar onun gedişi ilə yaranacaq boşluğu argentinalı ilə doldurmağı planlaşdırır.

Qeyd edək ki, ötən il "İndependyente"dən "Ayaks"a keçən Nikolas Talyafiko bu mövsüm Hollandiya çempionatında 18 matçda iştirak edib, 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest