"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi yenidən Türkiyəyə qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Qalatasaray" sabiq oyunçusunun xidmətində maraqlıdı.

Münhen klubu ilə müqavilə müddəti yayda bitəcək fransalı ulduz futbolçunun komandasını dəyişəcəyi dəqiqdi. Hazırda onu heyətində ən çox görmək istəyən komanda isə "Qalatasaray"dı. 2005-ci ildə 6 ay "cim-bom"un formasını geyinmiş 36 yaşlı hücumameyilli futbolçu ilə danışıqlar davam edir.

Qeyd edək ki, Frank Riberi bu mövsüm 27 oyunda iştirak edib, 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest