"Azərbaycanda futbolçuların maaşları Gürcüstandakından yüksəkdir. Hətta "Qarabağ", "Neftçi" və "Sabah"da böyük maaşlar var. Bu, Rusiya Premyer Liqasının ikinci səkkizliyində olduğu kimidir". Matc.az xəbər verir ki, bunu Rusiya mediasına müsahibəsində "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.
 
30 yaşlı yarımmüdafiəçi ölkədəki kiçik klubların oyunçularının məvaciblərinin Rusiya Milli Futbol Liqasındakı komandaların futbolçuları ilə eyni olduğunu bildirib: "Qarabağ"ın liderləri daha çox alırlar, çünki hər il avrokubokların qrup mərhələsində oynayırlar. Mən isə karyeramdakı ən böyük maaşı "Neftçi"də almıram. Bu, ən azlardan biridir. Rusiyada, hətta "Saturn"un birinci komandasında belə dollarla müqayisədə buradan daha çox maaş alırdım. Əvəzedicidən gələndə 3 min dollar qazanırdım. Amma sonra bunu sürətlə qaldırdılar. Artıq stabil çıxış edirdim və başqa klublar məni almaq istəyirdi".
 
Mahmudov bildirib ki, "Qarabağ" Rusiya Premyer Liqasında 100% çempionluq üçün yarışa bilər. Onun sözlərinə görə, Ağdam klubunun öz oyun üslubu var: "Onlar istənilən rəqibi öz tərzlərinə uyğunlaşdıra, öz istədikləri kimi oynamağa məcbur edə bilirlər. Məsələn, "Qarabağ"la qarşılaşan rəqiblər meydanda daha çox topsuz qaçmaqla məşğul olurlar. Hətta "Zenit" də gəlsə, eyni şey olacaq".
 
Mahmudov qeyd edib ki, Rusiya klublarından fərqli, "Qarabağ" hər il avrokuboklarda qrup mmərhələsində çıxış edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest