"Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, Premyer Liqanın 12-ci turunun  "Şamaxı" ilə oyununda (4:0) zədələnən yarımmüdafiəçi bu gün tibbi müayinədən keçib. 
 
Futbolçunun diz yan bağlarında dartınma aşkarlanıb. Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 
 
Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun "Frayburq"la matçda oynayıb-oynamayacağı hələ dəqiqləşməyib.
 
"Qarabağ" – "Frayburq" matçı noyabrın 3-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest