AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
 
1-ci divizionun 9-cu turunun "Qaradağ Lökbatan" – "Zirə-2" oyununda polis əməkdaşı oyun öncəsi iclasda iştirak etmədiyi üçün "Qaradağ Lökbatan" klubu 80 manat cərimə olunur.
 
"Qaradağ Lökbatan" – "Zirə-2" oyununda oyun xərək daşıyanlarla vaxtında təmin olunmadığı üçün "Qaradağ Lökbatan" klubu 80 manat cərimə olunur.
 
"Qaradağ Lökbatan" – "Zirə-2" oyununda "Zirə-2"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.
 
9-cu turun "Neftçi-2" – "Kəpəz-2" oyununda təcili tibbi yardım maşını stadiona gecikdiyi üçün "Neftçi-2" klubu 160 manat cərimə olunur.
 
"Neftçi-2" – "Kəpəz-2" oyununda "Kəpəz-2"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.
 
"Neftçi-2" – "Kəpəz-2" oyununda "Kəpəz-2"nin baş məşqçisi Xaliq Mərdanov texniki zonanı tərk edib hakimin qərarına etiraz etməsinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun kənarlaşdırılır və "Kəpəz-2" 80 manat cərimə olunur.
 
9-cu turun "Qarabağ-2" – "İmişli" oyununda "İmişli"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "İmişli" klubu 80 manat cərimə olunur.
 
"Qarabağ-2" – "İmişli" oyununda "İmişli" klubunun futbolçusu Nicat Fərəcli oyunun 61-ci dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, "İmişli" klubu 320 manat cərimə olunur.
 
9-cu turun MOİK – "Qəbələ-2" oyununda "Qəbələ-2" klubunun komandası iclasa gecikdiyi üçün 40 manat cərimə olunur.
 
MOİK – "Qəbələ-2" oyununda təcili tibbi yardım maşını gecikdiyi üçün MOİK klubu 160 manat cərimə olunur.
 
MOİK – "Qəbələ-2" oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün MOİK 80 manat cərimə olunur.
 
9-cu turun "Zaqatala" – "Şamaxı-2" oyununda polis nümayəndəsi xidməti iclasa gecikdiyi üçün "Zaqatala" klubu 40 manat cərimə olunur.
 
"Zaqatala" – "Şamaxı-2" oyununda təcili tibbi yardım maşını gecikdiyi üçün "Zaqatala" klubu 160 manat cərimə olunur.
 
"Zaqatala" – "Şamaxı-2" oyununda azarkeşlər tərəfindən stadiona kənar əşya (plastik su qabı) atıldığı üçün "Zaqatala" klubu 160 manat cərimə olunur.
 
"Zaqatala" – "Şamaxı-2" oyununda "Şamaxı-2" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest