İtaliyanın "İnter" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Milan təmsilçisinin belçikalı hücumçusu Romelu Lukaku zədələnib.
 
O, A Seriyasının 12-ci turu çərçivəsində qarşılaşdıqları "Sampdoriya" ilə ev oyununda sıradan çıxıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, təcrübəli forvard sol bud nahiyəsindən zədə alıb. 
 
Belçika millisinin də üzvü olan hücumçunun Dç-2022-nin startına qədər sıraya dönəcəyi ehtimal olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest