"80-ci dəqiqəyə qədər "Aue" hücumda yetərsiz görünürdü. Lakin Dmitri Nazarov meydana daxil olduqdan sonra rəqib qapıçının işi çətinləşdi. Onun oyunun axarını dəyişməsi nəticəsində rəqib 86-cı dəqiqədə azlıqda qaldı".

Bu mövsüm II Bundesliqada qeyri-stabil çıxışını davam etdirən "Aue" get-gedə təhlükəli zonaya yaxınlaşır. Matc.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi komanda XXIII turda evdə "Duysburq"la qolsuz bərabərə qalıb.

Daniel Meyerin yetirmələrinin çıxışı yerli KİV-in də diqqətindən yayınmayıb. "Aue"nin son oyununu təhlil edən həmkarlarımız yığmamızın üzvü barədə də fikirlərini bildiriblər: "80-ci dəqiqəyə qədər "Aue" hücumda yetərsiz görünürdü. Lakin Dmitri Nazarov meydana daxil olduqdan sonra rəqib qapıçının işi çətinləşdi. Onun oyunun axarını dəyişməsi nəticəsində rəqib 86-cı dəqiqədə azlıqda qaldı. Nazarov bu mənada matçın qəhrəmanına çevrilə bilərdi. Di gəl ki, son dəqiqələrdə 8 metrdən topu boş qapıya göndərə bilmədi. Bu isə "Aue"nin qarşılaşma ərzində ən real qol imkanı idi".

Qeyd edək ki, 23 turdan sonra aktivində 26 xal olan "Aue" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest