çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov iki beynəlxalq turnirə təyinat alıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 1-6 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək "Emirates Intercontinental Beach Soccer Cup 2022"nin oyunlarını idarə edəcək.
 
Bundan əlavə, Məmmədov 9-12 noyabrda Səudiyyə Ərəbistanının Neom şəhərində keçiriləcək "Neom Beach Soccer Cup 2022"nin görüşlərində də iş başında olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest