Əslən azərbaycanlı olan, "Spartak"ın və Rusiya yığmasının sabiq futbolçusu Aleksandr Səmədov millinin Bosniya və Herseqovina ilə yoldaşlıq oyununun ləğv edilməsinə münasibət bildirib. Matc.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında indiki vəziyyətdə hər şeyin ola biləcəyini deyib:
 
"Rusiya – Bosniya oyunu keçirilsəydi, yaxşı olardı, amma indiki vəziyyətdə hər şey ola bilər. Ona görə də, qərara gəldik ki, indi heç nəyi dəyişmək olmaz. Qarşı tərəf əvvəlcə razılaşdı, sonra narazılıq etdi. Görünür, nədənsə qorxdular, ona görə də, matçı ləğv etmək qərarına gəldilər. Səbəb qorxu idi. Bundan sonra Avropa komandaları ilə yoldaşlıq görüşləri ilə bağlı razılığa gələ bilməyəcəyimizi bilirik".
 
Rusiya millisi növbəti yoldaşlıq oyununda Tacikistan yığması ilə qarşılaşacaq. Görüş noyabrın 17-də, Düşənbədə keçirilməlidir.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçib. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest