Bu gün futbol üzrə Azərbaycan I Divizionunda X tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

"Zirə" ilə "Səbail"in əvəzediciləri arasındakı oyunda dörd qol qeydə alınsa da, qalib müəyyənləşməyib. "Sumqayıt"ın ikinci komandası doğma meydanda "Neftçi"nin əvəzedicilərinə uduzub. "Kəpəz"in əvəzedici komandası isə "Zaqatala" üzərində qələbəyə sevinib.

I Divizion
X tur
1 noyabr

"Zirə-2" – "Səbail-2" 2:2
Qol: Samir Ağayev, 42. Mahmud Ağayev, 45+2 – Vidadi Cəfərov, 14; 53.
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Şamil İmanzadə
"ASK Arena", 13:00.

"Sumqayıt-2" – "Neftçi-2" 1:2
Qol: Nihad Ağayev, 30 – İbrahim Novruzov, 3. Vüsal Əsgərov, 61.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Sevda Nuriyeva, Emin Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

"Kəpəz-2" – "Zaqatala" 2:1
Qol: Rauf Əliyev, 36. Cavad Kərimov, 69 – Emin Quliyev, 64.
Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Orxan İbişov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30.

2 noyabr

"Şamaxı-2" – "Qarabağ-2"
Hakimlər: Kamran Əliyev, Səbuhi Sultanov, Rasim Axundov, Tural İbrahimov.
Şamaxı şəhər stadionu, 14:00.

"Turan Tovuz-2" – "Qaradağ Lökbatan"
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Sənan Atayev, İrşad Aydınov.
Tovuz şəhər stadionu, 14:00.

"Qəbələ-2" – "Mingəçevir"
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

"Araz Naxçıvan" – MOİK
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Ruslan Quliyev, Sərxan İsmayılov.
Naxçıvan Muxtar Respublika Stadionu 16:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest