"Qəbələ"nin keçmiş baş məşqçisi Yuri Syomin gürcü futbolçu Xviça Kvaratsxeliyanın çempionlar Liqasının qrup mərhələsində "Napoli"dəki oyununu yüksək qiymətləndirib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis Kvaratsxeliyanı İtaliya klubunun lideri adlandırıb:
 
"Xviça əsas keyfiyyətindən, driblinqdən mükəmməl istifadə edir. Hər il onu inkişaf etdirir. O, hər yaşda bu keyfiyyəti ilə fərqlənirdi. Buna görə də, Avropa klublarının skautları onu müşahidə edirdilər. O, "Napoli"nin lideridir. Kvaratsxeliya "Napoli"nin ən yaxşı oyunçularından biridir, onların əla komandası var. Düşünürəm ki, çempionlar Liqasında çox irəli gedəcəklər. Xviça orada hər kəsə bacarığını göstərəcək".
 
Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, 8 qol vurub və 10 məhsuldar ötürmə verib.
 
Syomin 2103-14-cü illərdə "Qəbələ"ni çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest