"Bavariya" yayda ayrılacaq yarımmüdafiəçi Aryen Robbenə alternativ axtarışına başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen klubunun bu mövqeyə artıq iki namizədi var.

Almanların izlədiyi oyunçulardan biri "Marsel"in yarımmüdafiəçisi Florian Tovendi. Bundesliqa çempionu həmçinin "Lill"in oyunçusu Nikolya Pepe ilə maraqlanır. Ancaq ikinci ilə Avropanın başqa nəhəngləri də maraqlanır. Transferə böyük məbləğ xərcləmək istəməyən "Bavariya" Toveni ilk planda saxlayır.

Qeyd edək ki, Florian Toven 2016-cı ildən "Marsel"in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest