FİFA Dç-2018-lə bağlı proqrama görə maliyyə ayıracaq. Matc.az xəbər verir ki, bu barədə Rusiyadakı turnirin Təşkilat Komitəsinin sədri Arkadi Dvorkoviç məlumat verib.

O bildirib ki, ali futbol qurumu bu proqram üçün 60 milyon dollar vəsait ayıracaq: "FİFA bu proqram çərçivəsində 60 milyon dollar ödəniş edəcək. Həmin məbləğ uşaq, qadın futbolunun, eləcə də infrastrukturun qorunması və inkişafına sərf ediləcək".

Qeyd edək ki, Rusiyadakı mundialın qalibi finalda Xorvatiya üzərində qələbə qazanan Fransa olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest