"Roma"nın idman direktoru Monçi mövsümün sonunda iş yerini dəyişəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, gələn mövsümdən "Arsenal"da çalışa bilər.

"Roma"nın prezidenti Ceyms Pallotta bu boşluğu doldurmaq üçün hərəkətə gəlib. O, idman direktoru vəzifəsinə klubun daxilindən bir nəfəri təyin edə bilər. Bu posta namizədlərdən biri də "İnter"in idman direktoru Pyero Auziliodu.

Pallotta yeni idman direktorunun klubla bağlı qərarlar zamanı daha az səlahiyyətə malik olmasını istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest