Futzal üzrə Yüksək Liqanın IV turundan təxirə salınmış "Araz Naxçıvan" – "Neftçi" İK oyununun başlama vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, görüş noyabrın 21-də Bakı İdman Sarayında keçiriləcək.
 
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Oyunun saat 14:15-də başlayacağı diqqətə çatdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest