"Leypziq"in hücumçusu Timo Verner və "Atletiko"nun müdafiəçisi Lukas Ernandes mövsümün sonunda klubunu dəyişəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hər iki futbolçu "Bavariya" ilə anlaşıb.

Oyunçuların razılığını alan Münhen təmsilçisi onların klubları ilə danışıqlara başlayıb. Vernerin müqavilə müddəti gələn ilin yayına qədər olduğundan, "Leypziq" onu nisbətən ucuz qiymətə satmalı olacaq. Ernandes üçün isə almanlar 80 milyon avro təklif ediblər.

ümumiyyətlə, "Bavariya" rəhbərliyi yay fasiləsində transferlərə 255 milyon avro ayırmağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest