"Şalke" futbol üzrə Almaniya Bundesliqasında antirekordu təkrarlayıb. Matc.az xəbər verir ki, sözügedən komanda 13-cü turda "Verder"ə 1:2 hesabı ilə uduzub.
 
Bununla da Gelzenkirhen təmsilçisi ardıcıl 35-ci səfər qarşılaşmasında qalib gələ bilməyib. Daha əvvəl 1976-1981-ci illərdə "Karlsrue" eyni uğursuzluqla üzləşib.
 
Xatırladaq ki, "Şalke" Bundesliqada 6 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest