Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən "Emirates Intercontinental Beach Soccer Cup 2022" turnirində bu gün final oyunu keçiriləcək. 
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 20:00-da başlayacaq final qarşılaşmasında Braziliya və İran komandaları qarşılaşacaq.
 
Oyunun baş hakimi çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest