Futbol üzrə Qazaxıstan çempionatında bu mövsümün qalibi bəlli olub. Matc.az xəbər verir ki, "Astana" ölkə çempionatının 26-cı turunda səfərdə Karaqanda "Şaxtyor"una 3:2 hesabı ilə qalib gələrək çempionluğu təmin edib.
 
Sözügedən komanda ən yaxın izləyicisi "Aktobe"ni 1 xal qabaqlayaraq tarixində 7-ci dəfə Qazaxıstan çempionu tituluna yiyələnib. Bu isə rekord göstəricidir.
 
"Aktobe" 52 xalla 2-ci, "Tobol" isə 47 xalla 3-cü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest