Oyuna ehtiyat oyunçular skamyasında başlayan Dmitri 72-ci dəqiqədə meydana daxil olsa da, heç nə ilə yadda qalmayıb.

Almaniya II Bundesliqasında XX turdan təxirə salınan oyun keçirilib. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" klubu da növbəti oyununa çıxıb.

Aue klubu doğma meydanda "Köln"ü qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyuna ehtiyat oyunçular skamyasında başlayan Dmitri 72-ci dəqiqədə meydana daxil olsa da, heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, 23 oyundan sonra aktivində 26 xal olan "Erzgebirge" turnir cədvəlinin 12-ci, 45 xala malik "Köln" isə ilk pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest