"Qarabağ" cari mövsümdə Avropada yerli liqalarda keçirdiyi bütün oyunlarda qələbə qazanan yeganə komandadır. Matc.az xəbər verir ki, "köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 12 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib.
 
ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.
 
Son olaraq "Düdelanj" Lüksemburq çempionatının XI turunda "Svift Hesperange"yə 0:4 hesabı ilə yenilib. "Panatinaikos" isə Yunanıstan Super Liqasının XI turunda "Olimpiakos"la bərabərə qalıb - 1:1.
 
Qeyd edək ki, noyabrın 9-da oynanılacaq "Turan Tovuz" - "Qarabağ" qarşılaşması saat 14:30-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest