Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb. Matc.az xəbər verir ki, FİFA referiləri futzal üzrə Dç-2024-ün əsas mərhələsinin 12-ci qrupunda keçiriləcək Slovakiya – Almaniya qarşılaşmasını idarə edəcək.
 
Matç noyabrın 9-da Slovakiyanın Levice şəhərində baş tutacaq. Bu oyunun birinci hakimi Hikmət Qafarlı, ikinci hakimi Knyaz Əmiraslanov, üçüncü hakimi isə Əli Cəbrayılov olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest