Bu mütəxəssislər ilk dəfə bir yerdə çalışacaqlar. 2005-ci ildə Yurçeviç "Zalsburq"u çalışdıranda Tokiç əzəli rəqib "Austriya"nın formasını geyinib. Onları birləşdirən əsas məqam da hər ikisinin fərqli illərdə Avstriyada futbol oynamaları olub.

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin köməkçiləri açıqlanıb. Matc.az saytının məlumatına görə, ona yerli mütəxəssis Arif Əsədovla yanaşı, Xorvatiyadan gətirdiyi Mario Tokiç yardım edəcək.

Maraqlıdı ki, bu mütəxəssislər ilk dəfə bir yerdə çalışacaqlar. 2005-ci ildə Yurçeviç "Zalsburq"u çalışdıranda Tokiç əzəli rəqib "Austriya"nın formasını geyinib. Onları birləşdirən əsas məqam da hər ikisinin fərqli illərdə Avstriyada futbol oynamaları olub. Tokiç 2006-cı ildə milli karyerasını bitirdikdən az sonra Yurçeviç yığmada baş məşqçi postuna gətirilən Slaven Biliçin köməkçisi təyin olunub.

Məşqçilik karyerasına 2014-cü ildə başlayan Mario Tokiçin ilk işi Zaqreb "Dinamo"sunun ikinci komandasında köməkçi məşqçilik olub. O, 2016-cı ilin yanvarında "Lokomotiva"ya köməkçi məşqçi təyin edilib. Mövsümün gedişində baş məşqçinin istefasından sonra müvəqqəti 6 oyunluq bu işi icra edib. 44 yaşlı mütəxəssis həmin ilin noyabrında baş məşqçi təyin olunub və 1 il bu komandanı çalışdırıb.

2017-ci ilin dekabrında "Lokomotiva"dan ayrılan Tokiç həmin vaxtdan bəri işsiz olub. Zaqreb "Dinamo"sunun II komandasını nəzərə almasaq, karyerası ərzində yalnız "Lokomotiva"da çalışan Mario Tokiç məşqçi kimi ilk dəfə ölkə xaricində fəaliyyət göstərəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest