Slovakiya yığması ciddi itki ilə üzləşib. "Nürnberq"in formasını geyinən Adam Zrelyak zədələnib. Bundesliqa klubunun məşqi zamanı xəsarət alan forvardın diz bağlarının qopduğu məlum olub.

Slovakiya yığması ciddi itki ilə üzləşib. Matc.az saytının Almaniya mətbuatına istinadən məlumatəna görə, "Nürnberq"in formasını geyinən Adam Zrelyak zədələnib.

Bundesliqa klubunun məşqi zamanı xəsarət alan forvardın diz bağlarının qopduğu məlum olub. Baş məşqçi Boris Şommers 25 yaşlı oyunçunun mövsümü erkən başa vurduğunu açıqlayıb. Slovakiyalı futbolçu ən yaxşı halda 6 aydan sonra komandaya kömək etmək iqtidarında olacaq.

Bu isə o deməkdi ki, Zrelyak AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Macarıstan (21 mart), Uels (24 mart) və Azərbaycanla (11 iyun) oyunları buraxacaq. Xorvatiya ilə sentyabrın 6-da və Macarıstanla 9-da baş tutacaq görüşdə iştirakı isə sağalma prosesindən asılı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest