Futzal üzrə Yüksək Liqada XXI turun oyunlarının vaxtında dəyişiklik edilib. Matc.az saytının Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, görüşlər əvvəlcədən nəzərdə tutulduğu kimi martın 8-də olmayacaq.

AFF turun görüşlərini ertəsi günə təyin edib. Buna səbəb martın 5-də və 6-da ölkə kubokunun 1/8 final mərhələsinin oyunlarının keçirilməsi və kubokla çempionat oyunları arasında 48 saatdan az vaxtın olmasıdı.

Buna görə də XXI turun qarşılaşmaları martın 9-da Olimpik Starda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest