Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən istefa verib. Bunu Dəmirörən öz söyləyib. O, 2012-ci ildən rəhbərlik etdiyi federasiyadan ayrıldığını rəsmən açıqlayıb: "7 illik fəaliyyətim dövründə ən yaxşısını etməyə çalışdım".

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən istefa verib. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, bunu Dəmirörən öz söyləyib.

O, 2012-ci ildən rəhbərlik etdiyi federasiyadan ayrıldığını rəsmən açıqlayıb: "7 illik fəaliyyətim dövründə ən yaxşısını etməyə çalışdım. Bu müddətdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Federasiya prezidentliyini iyul ayında keçiriləcək seçkilərə qədər müvəqqəti olaraq İdarə Heyətinin üzvü Hüsnü Güreli icra edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest