Fransalı futbol hakimi Yohan Hamel dünyasını dəyişib. Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, referi 42 yaşında insultdan vəfat edib.
 
Yohan Hamel Liqa 1-in oyunlarına təyinat alırdı. Ədalət təmsilçisi son olaraq noyabrın 6-da "Lill" və "Renn" (1:1) komandaları arasında baş tutmuş qarşılaşmanı idarə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest