"Neftçi" PFK-nın U-11 komandası "Fənərbaxça" Futbol Akedamiyasının təşkilatçılığı ilə bu gün İstanbul şəhərində keçirilən Can Bartu beynəlxalq turnirində iştirak edib.
 
Matc.az xəbər verir ki, baş məşqçi Mahmud Əhmədovun yetirmələri İtaliyanın "İnter" (Milan, 0:3), Türkiyənin "Altay" (4:0) və "Başakşəhər" (0:1) klubları ilə oyunlardan sonra "B" qrupunda 3-cü olaraq 9-12-ci yerlər uğrunda mübarizə aparmaq hüququ qazanıb. Burada Sofiya çSKA-sına 0:4 hesabı ilə uduzan "Neftçi" Türkiyənin "Manisa" klubuna qalib gələrək (1:0) 11-ci yeri tutub.
 
Qeyd edək ki, 5 ölkədən 16 komandanın yarışdığı turnirin qalibi finalda "Qalatasaray"ı 2:0 hesabı ilə məğlub edən "İnter" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest