Danimarkanın baş məşqçisi Kasper Yulmann Qətərdə keçiriləcək dünya çempionatında Avropa və Cənubi Amerikanın aparıcı komandalarının "saxta" azarkeşləri haqda danışıb. Matç.az xəbər verir ki, o, bunu  cəfəngiyat adlandırıb: "Bu, teatr tamaşasına bənzəyir. Əgər kimsə həqiqətən tullanan, həmin "xoşbəxt" insanların Danimarka və ya İngiltərənin pərəstişkarları olduğuna inandıra biləcəyini düşünürsə, bu, sadəcə istehzadır".

Az öncə mediada Avropa və Cənubi Amerikanın aparıcı komandalarının böyük azarkeş qruplarının əyləndiyi və milli komandalara hər cür dəstək ifadə etdiyi barədə videolar yayılıb. Azarkeşlər Argentina, Fransa, İngiltərə, Danimarka və digər komandaların formasını geyiniblər. Eyni zamanda, azarkeş qruplarının etnik və milli tərkibi Avropa və Cənubi Amerika ölkələrinin əhalisindən ciddi şəkildə fərqlənir. Nəticədə turnir təşkilatçıları sosial şəbəkələrdə videodakı azarkeşləri "saxta" adlandıran daimi azarkeşlər tərəfindən tənqid edilib.

Qətər təmsilçiləri "saxta" azarkeş qruplarının təşkili ilə bağlı ittihamları rədd edərək bildiriblər ki, videoda dünya çempionatında təmsil olunmayan ölkələrin yüksək səviyyəli komandaları dəstəkləyən nümayəndələri əks olunub. Videodakı kişilər hindistanlılar, pakistanlılar, ərəblər və afrikalılardır ki, onlar da Qətərdə keçirilən turnir üçün idman qurğularının tikintisində iştirak ediblər.

Xatırladaq ki, Qətərdə keçiriləcək dünya çempionatı bazar günü, noyabrın 20-də başlayacaq. Açılış oyununda turnirin ev sahibləri və Ekvador millisi qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest