Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.

"Kasımpaşa" doğma meydanda "Akhisarspor"la üz-üzə gəlib. Cavab matçında da qalib gələn akhisarlılar növbəti mərhələyə yüksəliblər. Beləliklə, yarımfinalda "ümraniyəspor"la "Akhisarspor", "Qalatasaray"la "Yeni Malatyaspor" üz-üzə gələcək.

Türkiyə Kuboku
1/4 final
26 fevral
"ümraniyəspor" – "Trabzonspor" - 3:1 (ilk oyun 0:0)

27 fevral
"Hatayspor" – "Qalatasaray"  - 4:2 (0:2)
"Göztəpə" – "Yeni Malatyaspor" - 1:0, penaltilər 3:5 (0:1)

28 fevral
"Kasımpaşa" – "Akhisarspor" - 1:2 (1:3)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest