İtaliya millisinin baş məşqçisi Roberto Mançini tarixi qələbə qazanıb. Matc.az xəbər verir ki, bu ölkənin milli komandası yoxlama oyununda Albaniyanı 3:1 hesabı ilə məğlub edib.
 
Bununla da, 57 yaşlı baş məşqçi 35-ci qələbəsini qazanıb. Mançini hazırda bu göstəriciyə görə İtaliya milli komandasının tarixində üçüncü pillədə yer alır.
 
Siyahıya Vittorio Pozzo başçılıq edir (65). İkinci yerdə Enzo Bearzot (51) qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest