Argentinanın "River Pleyt" klubunda yeni baş məşqçi təyinatı rəsmiləşib. Matc.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Martin Demiçelis çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 41 yaşlı argentinalı mütəxəssislə 2025-ci ilin dekabrına qədər davam edəcək müqavilə imzalanıb.
 
Demiçelis təyinatı ilə bağlı bunları deyib: "Rəhbərliyə və mənə etimad göstərən bütün azarkeşlərə təşəkkür edirəm".
 
Demiçelis daha çox "Bayern" və "Mançester Siti"dəki futbolçu karyerası ilə tanınır. O, 2019-cu ildən Münhen təmsilçisində çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest